Yeni il tətilində Azərbaycan milyonlarla pul itirir

yeni-il-tetilinde-azerbaycan-milyonlarla-pul-itirir
Oxunma sayı: 2278


Ölkədə 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə 1 həftəlik tətil olacaq. Artıq bir neçə ildir ki, bayramlarda və tətil günlərində Azərbaycandan Gürcüstan və Türkiyə kimi yaxın ölkələrə gedən turist sayı hər il yüzminlərlə ölçülür. 

"Qafqazinfo" xəbər verir ki, bu sahədə monitorinq aparana Azərbaycan Miqrasiya Mərkəzində müəyyən olunub ki, qonşu İran və Türkiyədən  Azərbaycanla müqayisədə Gürcüstana turist axını daha çoxdur. Azərbaycan Miqrasiya Mərkəzinin qənaətinə görə turizm imkanlarına görə ölkəmiz Gurcastanla müqayisədə daha çox imkanlara malikdir. Buna baxmayaraq bölgədə Gürcüstan turizm mərkəzinə çevrilir. Bu Azərbaycanda xidmətin səviyyəsinin aşağı olması və  süni yaradılmış bahalıqdan irəli gəlir. Orta hesabla Azərbaycanda 1 həftəlik istirahətə təxminən 1000 manat tələb olunduğu halda, bu məbləğlə Gürcüstanda ən azı 2 həftə dincəlmək olar. Təkcə Azərbaycandan 2013-cü ildə istirahət üçün Günrcüstana üz tutan türistlərin sayı 1 milyona yaxın olub. Bu isə ümumilikdə Azərbaycanda turizm sahəcinin inkişafına və nəticədə dövlət büdcəsinə ciddi zərbədir. 

Əslində İran və Türkiyədən olan turustlər üçün Gürcüstanla müqayisədə Azərbaycan daha əlverişlidir, xüsusilə dil baryerinin olmaması, qış turizmi üçün əla şəraitin yaradılması, dənizin yaratdığı əvəzzsiz imkanlardan istifadə, ölkədəki iqtisadi inkişafın hesabına maraqlı tikililərin sayinin artması turizmin imkanlarını genişləndirən hallardır.  Amma  bəzi təhlükəsiz tədbirlərini artırmaqla, Türkiyə və İran İslam Respublikası vətındaşlarının Azərbaycan respublikasına gəlişinə viza rejimi tətbiq etməklə bu fürsətlər əldən verilir. 

AMM hesab edir ki, Azərbaycanı bölgədə turizm mərkəzinə çevirmək ölkə iqtisadiyyatı üçün çox vacibdir. Çünki Azərbaycanda qeyri neft sektorunun inkişafına göstərilən diqqət, turizmin də bu sahədə oynadığı rol danılmazdır.  Məhz bu səbəbdən də əlaqədar orqanlar bu sahədə artıq konkret addımlar atmalı, qiymətlər azaldılmalı, xidmət səviyyəsi yüksəldilməlidir. Həmçinin İran İslam Respublikası və Türkiyə ilə viza rejiminin saxlanması məsələsinə yendiən baxılmalıdır.