Yeni ildə yolka bəzəmək neçəyə başa gələcək? - Qiymətlər+ Video

yeni-ilde-yolka-bezemek-neceye-basa-gelecek
Oxunma sayı: 4297

Yeni ilin gəlməsi ilə əlaqədar yolkalar satışa çıxarılıb. İnsanlar dekabr ayının ilk günlərindən alış-verişə başlayıblar.

“Qafqazinfo”nun Xəzər TV-yə istinadən məlumatına görə, satışda hər zövqə uyğun müxtəlif ölçülü yolkalar var. Yolkanın qiyməti ölçüsündən və həcmindən asılı olaraq dəyişir.

Bu il fərqli görünüşlü yolkalar daha çoxdur. Eyni ölçülü sadə yolkalarla müqayisə etdikdə isə qiymətləri daha bahadır.

Yolkanı Şüvəlan, Mərdəkan kimi Bakı ətrafı qəsəbələrdən daha ucuz qiymətə əldə etmək olar. Belə ki, 2 metr hündürlüyündəki yolka Bakının mərkəzində 150 manatdan baha olduğu halda, burada 30-35 manata satılır.

Qeyd edək ki, Bakıətrafı qəsəbələrdə yolka üçün istehsal olunan oyuncaqların satış qiyməti də şəhərə nisbətən ucuzdur.