Yeni ilin ilk hərracı...

yeni-ilin-ilk-herraci
Oxunma sayı: 1014

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçirib.

“Qafqazinfo” xəbər verir ki, hərracda Bakının Nərimanov rayonunda yerləşən sahəsi 50 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 15 min manat olduğu halda ən son  31 min 150 manat təklif edilib. Paytaxtın Nərimanov rayonunda yerləşən sahəsi 40 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsində də anoloji hal müşahidə edilib. Belə ki, adı çəkilən əmlakın ilkin start qiyməti 14 min manat olsa da 32 min manata sahibini tapıb. 

Nəqliyyat vasitələrinin hərracında da rəqabət özünü göstərib. Belə ki, QAZ-3102 markalı avtomobilin ilkin start qiyməti 2 min manat olduğu halda ən son 3800 manata özəlləşdirilib. Bundan başqa 2006-ci il istehsalı olan  Nissan Maximanın ilkin start qiyməti 2 min 775 manat olmasına baxmayaraq 5050 manata sahibini tapıb.

Hərracda ümumilikdə 21 dövlət əmlakı sahibini tapıb. Bunlardan 4-ü kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 2-i isə nəqliyyat vasitəsidir.  Bakı  şəhəri üzrə 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi,  respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib.