Yeni “iPhone” ən bahalı “Apple” smartfonu olacaq

Yeni “iPhone” ən bahalı “Apple” smartfonu olacaq
Oxunma sayı: 2228

Sentyabrın 12-də təqdim ediləcək yeni “iPhone 8” modeli “Apple” smartfonları arasında ən bahalısı olacaq.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Apple” smartfonlarının istehsalı ilə məşğul olan “Foxconn” şirkəti nümayəndələrinin sözlərinə görə, yeni modelin ən sadə versiyasının qiyməti 1000 min dollar təşkil edəcək.

Bununla yanaşı, “iPhone 7s” və “7s Plus” modelləri müvafiq olaraq 782 və 938 dollaradək ucuzlaşacaq.

Yeni qurğunun bütün üst paneli əhatə edən ekran, infraqırmızı skanerə malik sifətin tanınması proqramı və üçölçülü (3D) kamera ilə təchiz ediləcəyi gözlənilir.

“iPhone 8” bir neçə rəng variantında - qara, ağ və mis və ya çəhrayı-qızılı rəngdə buraxılacaq. Təqdimatda, həmçinin yeni “ağıllı” saat versiyaları və “Apple TV” servisinin nümayişi nəzərdə tutulur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi