Yeni “iPhone”nin görüntüləri yayıldı - Foto + Video

yeni-iphonenin-goruntuleri-yayildi
Oxunma sayı: 3782

Sosial mediada “Apple” şirkətinin üzərində çalışdığı yeni “iPhone SE 2”nin fotoları yayılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeni “SE” əvvəlkindən ciddi şəkildə fərqlənəcək. Cihaz “iPhone X” modelinə bənzəyəcək və çərtikli ekran ilə istehsal olunacaq. Yeni “iPhone SE 2” modelində də “FaceİD” dəstəyi olacaq. Telefonun qiymətinin “iPhone X” ilə müqayisədə daha aşağı olacağı güman edilir.

Sözügedən modelin və yeni “iMac” kompyuterlərinin  martın 27-də təşkil ediləcək “Apple” konfransında təqdim olunacağı gözlənilir.