Yeni Kaledoniyada güclü zəlzələ olub

yeni-kaledoniyada-guclu-zelzele-olub
Oxunma sayı: 839

Fransanın xüsusi inzibati-ərazi vahidi hesab olunan Yeni Kaledoniya sahillərində 7,0 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti məlumat yayıb.

Yeraltı təkanlar Sakit okeanda, Tadin şəhərindən 120 km şərqdə, 14 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.