Yeni kriptovalyuta yaradıldı

Yeni kriptovalyuta yaradıldı
Oxunma sayı: 1276

Yaponiyanın “Rakuten” şirkətinin baş direktoru Hirosi Mikitani “Rakuten Coin” adlı kriptovalyutanı elan edib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, şirkətin nümayəndələri “Mobile World Congress”də belə təşəbbüslə çıxış ediblər. Sözügedən kriptovalyutanın dəqiq təqdimetmə tarixi hələlik məlum deyil.

Yapon şirkətinin bir çox layihələrində (“Viber” messenceri daxil olmaqla) sözügedən kriptovalyutadan istifadə etmək mümkün olacaq.

Yalnız “Viber” messencerinin auditoriyasının 1 milyardı keçməsini nəzərə alsaq, bu kriptovalyutanın uğur qazanacağına ümid etmək olar. Kriptovalyutaların tətbiqinin ilk səbəbi – bu, valyuta ilə həyata keçirilən  ənənəvi tranzaksiyalardan imtina edilməsi, ikinci səbəb isə trendləri izləyən auditoriyanı cəlb etməkdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi