Yeni maliyyə naziri təyin edildi

yeni-maliyye-naziri-teyin-edildi
Oxunma sayı: 775

Bundan başqa, Venizelos hökumət sədrinin müavini vəzifəsini icra edəcək. İndiyədək müdafiə naziri vəzifəsini tutan Evanqelos Venizelos həm də Sosialist partiyasının lideri postuna namizədlər arasında Yorqos Papandreunun əsas rəqibi hesab edilib.

Yunanıstanın keçmiş maliyyə naziri Yorqos Papakonstantinu isə ətraf mühit naziri vəzifəsinə təyin olunub.

Yunanıstanın üzləşdiyi maliyyə böhranından çıxış üçün sərt iqtisadi islahatlar aparmaq qərarına gələn Papandreu bu gün yeni hökumətin tərkibini açıqlayacaq. Yaxın günlərdə parlamentdə yeni hökumətə etimad səsverməsi məsələsi də qaldırılacaq.