“Yeni mənzillərin açarları dekabrda veriləcək”

yeni-menzillerin-acarlari-dekabrda-verilecek
Oxunma sayı: 635

Jurnalistlər üçün tikilən ikinci binadan ev alan jurnalistlərə mənzillərin açarları bu ilin dekabr ayında veriləcək.
 
"Qafqazinfo"nun  Lent.az-a istinadən məlumatına görə, bu barədə AzTV-nin "Günün nəbzi" verilişində Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
 
Onun sözlərinə görə, binanın qeydiyyatı ilə bağlı dövlət aktı olmalıdır:

"Biz birinci binanın 2013-cü ilin iyulun 22-də açılışından sonra jurnalistlərin sənədlərini hazırlayıb qeydiyyatdan keçirdik və həmin ilin dekabrın 24-də yeni il qabağı mənzillər jurnalistlərə təhvil verildi. Yəqin ki, bu məsələ ilin sonuna qədər həll olunacaq və açarlar dekabr ayında təntənəli şəkildə sahiblərinə təhvil veriləcək".