Yeni məşqçi danışdı

yeni-mesqci-danisdi
Oxunma sayı: 642

“Qafqazinfo” xəbər verir ki, o, futbolçuıarın çıxışından razı qaldığını bildirib: “Gərgin oyun keçdi. Hava şəraitinin isti olması da mübarizəni çətinləşdirən faktorlardan idi. Komandamızda iki ardıcıl məğlubiyyətdən sonra ruh düşkünlüyü hiss olunurdu. Çox güclü komandaya qarşı mübarizə apardıq. AZAL oyunu ilə sübüt etdi ki, turnir cədvəlinin 2-ci pilləsində təsadüfən qərarlaşmayıb. Vaqif Sadıqovun məşqçilik bacarığına bələdəm.

AZAL-ın son oyunlarını məşqçi heyətimizlə ətraflı şəkildə analiz etmişdik. Futbolçularımız verdiyimiz tapşırıqları artıqlaması ilə yerinə yetirdilər. İkinci hissədə Mendi əlinə düşən imkandan yararlansaydı, matçdan qalib ayrıla bilərdik. Amma bu futboldu, həmin anda bəxt üzümüzə gülmədi. Amma yenə də futbolçuların çıxışını qiymətləndirmək lazımdır”.

Xatırladaq ki, “Qəbələ” – “Azal” qarşılaşmasında hesab açılmayıb.