Yeni mövsümün serialları - Fotolar

yeni-movsumun-seriallari
Oxunma sayı: 1518

Azərbaycanda da xeyli sayda tamaşaçısı olan türk kanalları yeni mövsümə start verir. Hər il olduğu kimi bu il də kanalların bir-birindən iddialı serialları yayıma hazırlaşır. Böyük maraqla izlənilən bu kanallarda yeni mövsümdə hansı seriallar yayımlanacaq?

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ATV-də Əmrahın da baş rolda çəkildiyi “Aşk və Mavi” serialı sentyabrda ikinci mövsümünə başlayacaq.       

Artıq 2-ci seriyası yayımlanan “Məryəm” isə reytinqlərdə zirvədə qərarlaşıb.

“Cocuqlar duymasın” serialının illər sonra yenidən ekrana gəlməsi tamaşaçıları sevindirdi.

“İsimsizlər” yeni mövsümdə də Kanal D-də yayımlanacaq.

Keçən mövsüm reytinqləri alt-üst edən “Vatanım Sensin” serialı bu il də zirvədə qərarlaşmaq niyyətindədir.

Bundan başqa, “Deli gönül”, “Şevkat yerimdar”, “Kalp atışı”, “Yeni gelin”, “Rüya”, “Kanatsız kuşlar”, “Eşkiya dünyaya hükümdar olmaz”, “Kırqın çiçekler”, “Dolunay”, “Siyah inci”, “Söz”, “Ateş böceği”, “Fazilet hanım ve kızları”, “İstanbullu gelin”, “Utanmaz” da yeni mövsümdə tamaşaçılara təqdim olunacaq.