“Yeni Müsavat” məhkəmədə “Azəriqaz”ı uddu

yeni-musavat-mehkemede-azeriqazi-uddu
Oxunma sayı: 647

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti Bakıda fəaliyyət göstərən 100-ə qədər şadlıq sarayının qaz istehlakı ilə bağlı ödənişləri barədə “Azəriqaz”a sorğu göndərmişdi.

Sorğuya cavab ala bilməyən “Yeni Müsavat” qəzeti tələb olunan məlumatların qəzetə təqdim edilməsi, aktual və operativ məlumatın dərc edilməməsi nəticəsində “Yeni Müsavat” qəzetinə dəymiş mühüm zərərin ödənilməsi məqsədilə cavabdehdən “Yeni Müsavat” qəzetinin xeyrinə 10000 manat məbləğində pul tutulması barədə iddia qaldırdı.
Xətai rayon məhkəməsi 2010-cu il 21 aprel tarixində çıxardığı qətnamə ilə qəzetimizin iddiasını təmin etdi.
Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı.