“Yeni Müsavata” qarşı 100 minlik iddia

yeni-musavata-qarsi-100-minlik-iddia
Oxunma sayı: 640

"Yeni Müsavat"ın hüquqşünası Vaqif Hüseynin verdiyi məlumata görə, bu gün redaksiyaya iddia ərizəsi müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədovun imzası ilə daxil olub: "İddia ərizəsində Çingiz Məmmədov onun barəsində "Yeni Müsavat"da gedən bir sıra məqalələrdə gedən fikirlərdə şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edir".
Ç. Məmmədov "Yeni Müsavat"dan 100 min manat tələb edir, həmçinin yazı müəlliflərinin cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.

Qəribədir ki, məhkəmənin hazırlıq iclası sentyabrın 29-da baş tutmalı imiş, amma iddia ərizəsi redaksiyaya bu gün - sentyabrın 30-da daxil olub.

“musavat.com”un məlumatına görə, "Yeni Müsavat"ı məhkəməyə vermək təşəbbüsü nazir Səfər Əbiyevdən gəlib. Məhz o, Çingiz Məmmədovu israrla vadar edib ki, qəzeti məhkəməyə versin. Buna səbəb isə kursantların və sabiq hərbi komissarın naziri ifşa edən materilları "Yeni Müsavat"da dərc etdirmələridir.