Yeni müşavir Zakir Nəsirovun oğlu deyilmiş

yeni-musavir-zakir-nesirovun-oglu-deyilmis
Oxunma sayı: 10397

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə yeni müşavirlər təyin edib.

“Qafqazinfo” Criminal.az-a istinadən xəbər verir ki, nazirin təyin etdiyi müşavirlərdən biri Vüsal Nəsirlidir.

Qeyd edək ki, Vüsal Nəsirlinin Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun oğlu olduğu haqda məlumat yayılsa da, xəbər öz təsdiqini tapmayıb.

“Qafqazinfo” generalın ailəsi ilə əlaqə saxlayıb, bildirilib ki, ailənin bir oğlu var və o da tam fərqli bir sahədə çalışır.