Yeni nazir daha bir direktoru işdən qovub? - Yenilənib

yeni-nazir-daha-bir-direktoru-isden-qovub-yenilenib
Oxunma sayı: 761

Bu baradə “Qafqazinfo”ya oxucu məlumat verib. Oxucunun sözlərinə görə, iki gün əvvəl Hövsan qəsəbəsində yerləşən 270 saylı orta məktəbin direktoru Talıb Rəhimov işdən çıxarılıb. Direktorun işdən çıxarılmasına səbəb isə birinci sinifə şagird qəbul edərkən valideyndən 100 manat tələb etməsi olub. Bu faktdan xəbər tutan Təhsil Nazirliyi direktoru işdən qovub.

Məsələni dəqiqləşdirmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı ilə əlaqə saxladıq. Sektor müdiri məsələdən xəbərsiz olduğunu deyib.

Gülnar

***
270 saylı orta məktəbin direktoru Talıb Rəhimov təhsil naziri tərəfindən işdən azad olunma xəbərinə münasibət bildirib:

“Bu barədə söz-söhbət mənə də çatıb. Deyirlər ki, guya məni işdən çıxarıblar, amma hələ ki öz yerimdəyəm, işdən çıxarılmamışam. Bu xəbər tam əsassızdır və uydurma xəbərdir.

Direktorun işdən çıxarılmasına səbəb kimi valideyndən 100 manat tələb etməsi xəbərinə məktəb direktoru bu cür münasibət bildirib “Bu xəbəri həbsxanada neçə il yatan bir şəxs yayıb. Hövsanda dələduzun biridir. Bu xəbəri niyə yayıb mən də bilmirəm, 58 yaşım var. Onsuz da nə vaxtsa işdən çıxacam. İndi belə bir xəbər yaradıblar, nazir özü necə bilər, elə də edər”. /azvision.az/