Yeni nazir təyinatı haqda xəbər təkzib edildi

yeni-nazir-teyinati-haqda-xeber-tekzib-edildi
Oxunma sayı: 1095

Polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunması haqqında yayılan məlumat həqiqətə uyğun deyil.

“Qafqazinfo” xəbər verir ki, bu barədə haqqin.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunması barədə xəbəri virtualaz.org saytı yaymışdı.