Yeni nazirdən daha 4 - Təyinat

yeni-nazirden-daha-4
Oxunma sayı: 17139

Kənd Təsərrüfatı Nazirliyinə daha 4 təyinat olub.

“Qafqazinfo”nun Teleqraf.com-a istinadən verdiyi məlumata görə, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Adil Qasımov, ASAN Xidmətin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə təyinat alıblar.

Qeyd edək ki, kənd təsərrüfatı naziri İnam Kərimov bu gün ASAN-ın mətbuat xidmətinin rəhbəri Anar Hüseynovu nazirliyin mətbuat xidmətinə rəhbər təyin edib.