Yeni nazirdən kadr təyinatları - Yenilənib

yeni-nazirden-kadr-teyinatlari
Oxunma sayı: 10211

Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin 3 rəhbər şəxsini vəzifədən azad edib.
 
"Qafqazinfo" “APA-Economics”ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqov ötən gün işdən çıxarılıb.
 
Bundan başqa, nazirliyin Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov da vəzifəsi ilə vidalaşıb.
 
Hələlik onların yerinə təyinat aparılmayıb.
 
Hər üç şəxsin vəzifədən azad edilməsi P. Şahbazovun yeni komanda qurması ilə əlaqələndirilir.

***

“APA-Economics”in məlumatına görə, nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə Enerji siyasəti və yanacaq-enerji resursları şöbəsinin müdiri Elxan Həşimova həvalə edilib.
 
Bundan başqa, Enerji Nəzarət İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə elektroenergetika şöbəsinin müdiri Amil Mürsəliyevə həvalə olunub.
 
Beynəlxalq şöbənin müdiri vəzifəsi isə Esmira Cəfərovaya tapşırılıb.

Esmira Cəfərova  Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Məsələləri İdarəsində üçüncü katib, xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsində birinci katib, NATO şöbəsinin müdiri,  Azərbaycan Respublikasının ATƏT yanındakı Missiyasında ikinci, üçüncü katib, BMT yanındakı Missiyasında birinci katib, BMTTəhlükəsizlik Şurasında Yaxın Şərq məsələləri üzrə məsul ekspert, ADA Universitetində baş müəllim kimi çalışıb.