Yeni nazirin adı müəyyənləşdi

yeni-nazirin-adi-mueyyenlesdi
Oxunma sayı: 633

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu barədə “Reuters” agentliyi Demokratik Partiyadakı mənbələrə istinadən xəbər yayıb. B. Obama Pentaqonun yeni rəhbərinin adını yanvarın 7-də açıqlayacaq. Müdafiə naziri vəzifəsinə namizədi ABŞ Senatı təsdiqləməlidir.

Ç. Heygelin namizədliyinin Senatda mübahisələr doğuracağı ehtimal edilir. Belə ki, eks-senator çıxışlarında ABŞ-ın İrana qarşı nüvə proqramı ilə əlaqədar tətbiq etdiyi iqtisadi sanksiyaların effektli olacağına şübhə ilə yanaşdığını bildirib, həmçinin ABŞ-ın müttəfiqi olan İsrail, xüsusən də Vaşinqtondakı “yəhudi lobbisi” əleyhinə fikirlər səsləndirib.

Qeyd edək ki, ABŞ-ın hazırkı müdafiə naziri Leon Panetta 2011-ci ilin iyulundan bu postda çalışır. L. Panetta 2012-ci ilin noyabrında təqaüdə çıxmaq niyyətində olduğunu açıqlayıb.