Yeni partiyanın adı və şüarı müzakirələrə səbəb oldu

Yeni partiyanın adı və şüarı müzakirələrə səbəb oldu
Oxunma sayı: 1259

Xəbər verdiyimiz kimi Türkiyədə artıq yeni partiya yaradılıb. Merak Akşenerin qurduğu “İyi” partiyasının adı, şüarı və loqosu müzakirələrə səbəb olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, “İyi”nin hər iki elementinin Antalya bələdiyyə sədri Menederes Türelin seçki kampaniyasında və qələbədən sonra istifadə etdiyi loqo və şüara bənzədiyi iddia edilir. 

Belə ki, Türeli təmsil edən loqoda günəş simvolunun üzərində “Antalyaya iyi gelecek” sözləri yazılıb.  

Digər mülahizələrdə isə partiya bayrağındakı “M” hərfinə bənzəyən elementin Oğuzların Bozox qolundan, Osmanlıların da mənsub olduğu Qayı boyundan ilhamlanaraq hazırlandığı deyilir. Qayı kəlməsi "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. İki ox, bir yay isə bu boyun simvoludur.

Onu da qeyd edək ki, Qayı boyunun bayrağı və simvolları “Diriliş Ertuğrul” serialında geniş təbliğ olunur. Və maraqlı məqamlardan biri ddə ondan ibarətdir Akşenerin partiyası sözügedən serialın yeni sezonunun başlandığı gün elan olundu. 
Aysel Kərimova





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi