Yeni qanuna görə şübhəli mülklərə həbs qoyulacaq

yeni-qanuna-gore-subheli-mulklere-hebs-qoyulacaq
Oxunma sayı: 3205

Böyük Britaniya hökuməti “Skripal işi” ilə əlaqədar olaraq ölkədə şübhəli rus mülkiyyətinin həbsinə dair order verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Qevin Uilyamson Estoniyaya səfəri zamanı danışıb. 

Nazirin sözlərinə görə, yeni qüvvəyə minən qanuna əsasən, şübhəli əmlaklara həbs barədə qərar qəbul edilib: “Məqsədimiz anlaşılmaz şəkildə əldə olunmuş mülkləri siyahıya almaqdır və bunun üçün bütün lazımi addımlar atılır”,-deyib.

Aysel Kərimova