Yeni QHT yarandı

yeni-qht-yarandi
Oxunma sayı: 641

Təşkilat komitəsindən ‘’Qafqazinfo’’ya verilən məlumata görə qurumun sədri vəzifəsinə Ruslan Sadıqov seçilib. Qurumun əsas məqsədi Azərbaycan və Avropa İttifaqı arasında mövcud olan iqtisadi əlaqələrin daha da inkişaf etməsinə yardım etməkdir. R. Sadıqovun sözlərinə görə, təşkilat Azərbaycan şirkətləri ilə Avropa İttifaqı ərazisində yerləşən şirkətlərin bir-biri ilə əlaqələr qurması, onlar arasında qarşılıqlı etimadın yaranması istiqamətində də fəaliyyət göstərəcək. Bununla yanaşı iş adamlarının Azərbaycan və Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına sərmayə qoyması üçün əlaqələndirici kimi çıxış etməsi qurumun əsas prioritetlərindən biri olacaq.


Məmmədov Mirislam