Yeni radarların nə xeyri var?

yeni-radarlarin-ne-xeyri-var
Oxunma sayı: 640

Əliyev bildirib ki, əvvəllər qeydə alınan ümumi hadisələrin 44 faizi yüksək sürət səbəbindən baş verirdisə, yeni radarların quraşdırılmasından sonra bu göstərici 24 faiz təşkil edir.

Şöbə rəisinin sözlərinə görə, respublikanın böyük şəhər və rayonlarındakı yollarda quraşdırılmış nəzarət kameraları isə bağlı qalan yol nəqliyyat hadisələrinin açılmasında xüsusi əhəmiyyət daşıyır.
Belə ki, nəzarət kameralarının fəaliyyətindən sonra bağlı qalan yol nəqliyyat hadisələrinin sayında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur.

Həmçinin, həmin kameralar yol nəqliyyat hadisəsi törətmiş sürücülərin hadisə yerindən qaçma hallarının azalmasına səbəb olub.

"Sürücü bilir ki, yol nəqliyyat hadisəsi törətsə, hadisə yerindən yayına bilməyəcək. Həmçinin, bir çox cinayətlərin açılmasında bu kameraların mühüm əhəmiyyəti var", - Əliyev deyib.