Yeni radio yayımı üçün lisenziya verildi

yeni-radio-yayimi-ucun-lisenziya-verildi
Oxunma sayı: 635

Şuradan “Qafqazinfo”ya verilən məlumata görə, iclasda “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nin radio yayımı üçün, “Caspian İnternational Broadcasting Company” MMC-nin peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinəvə təşkilati məsələlərə baxılıb. Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 7 (dövlət yayımçısı), 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nə 107.7 MHz tezliyi üzrə radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.
Həmçinin iclasda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğun olaraq “Caspian İnternational Broadcasting Company” MMC-yə 6 il müddətinə peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.
Eyni zamanda iclasda Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2002-ci il tarixli, 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Cəbiyev Qafar Cəfər oğlu Milli Televiziya və Radio Şurasının sədr müavini seçilib.