“Yeni raket hazırladıq, dünyanın istənilən nöqtəsini vura bilər” - Putindən gözdağı

“Yeni raket hazırladıq, dünyanın istənilən nöqtəsini vura bilər”
Oxunma sayı: 1613

Rusiya Prezidenti Vladimir Putin ölkənin Federal Məclisinə müraciətlə çıxış edir.

“Qafqazinfo” xəbər verir ki, müraciət ənənəvi olaraq Kremldə deyil, “Manej” Mərkəzi Sərgi Salonunda baş tutub. Tədbirdə iştirak etmək üçün 705 jurnalist akkreditasiya olunub.

Putin müraciətində bildirib ki, qarşıdan gələn 6 ildə ölkədə yoxsulluq yarı-yarıya azaldılacaq. Dövlət başçısı 2000-ci ildə ölkədə 42 milyon yoxsul olduğunu, bu gün isə sayın 20 milyona qədər azaldıldığını qeyd edib. 

Putin Rusiyanın yeni qitələrarası ballistik raket istehsal etdiyini və bu raketin dünyanın hər bir nöqtəsini vura bilmək imkanına sahib olduğunu vurğulayıb. Dövlət başçısı yeni raketə düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən müdaxilə olunmasının çətin olduğunu deyib. 

Putin bildirib ki, Rusiyaya və ya onun müttəfiqlərinə qarşı istənilən nüvə silahının tətbiqi nüvə hücumu kimi dəyərləndiriləcək və cavab anında olacaq.

Rusiya dövlət başçısı həmçinin, bildirib ki, Rusiyanın, onun hərbi gücünün qarşısını sanksiyalarla almaq baş tutmadı. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi