Yeni RLS-in tikintisi 2019-cu ilədək tamamlanacaq

yeni-rls-in-tikintisi-2019-cu-iledek-tamamlanacaq
Oxunma sayı: 643

Bu stansiya bundan əvvəlki nəsil "Daryal" RLS-ni əvəz edəcək. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyinə müsahibəsində "A.L.Mints adına Radiotexnika İnstitutu" ASC-nin baş direktoru Vladimir Savçenko deyib.

Akademik Mints adına RTİ "Voronej-VP" tipli metrlik diapozonlu RLS-in yeganə tədarükçüsüdür. O, 2020-ci ilədək "Voronej-DM" destimetrlik diapozonlu RLS-lə yanaşı, Rusiyanın raket hücumundan ilkin xəbərdarlıq perspektiv sistemini formalaşdırır.

"Söhbət metrlik diapozonlu, yüksək zavod hazırlığına malik yüksək potensiallı "Voronej-BP" stansiyasından gedir. Müddətə gəldikdə, plan üzrə bunun, 2017-2019-cu illərdə həyata keçirilməsi nəzərdə tutulur. Lakin hər şey əziz qonşularımızın iradəsindən asılıdır - yekun razılaşma siyasi səviyyədə möhkəmləndiriləcək", - Savçenko deyib.

Bununla yanaşı, onun sözlərinə görə, söhbət "Daryal" tipli köhnə stansiyanın sökülməsindən getmir, çünki bu RLS Azərbaycanın mülkiyyətindədir.

"Bizim tikmək istədiyimiz yeni stansiya isə Rusiyanın mülkiyyəti olacaq, həm də xatırladım ki, o, modul tipli olacaq. Yəni onu həmişə söküb aparmaq və haradasa yaxınlıqda quraşdırmaq mümkün olacaq", - agentliyin müsahibi bildirib.

Noyabrda RF müdafiə naziri Anatoli Serdyukov bəyan edib ki, Rusiya Qəbələdəki RLS tamamilə yenidən qurmağı, eyni zamanda stansiya üçün icarə olunan ərazinin həcminin azaltmağı planlaşdırır. Serdyukovun sözlərinə görə, RLS Rusiyadakı zavodda hazırlanacaq və o, artiq bilavasitə Qəbələdə quraşdırılıb.

Qəbələ radiolokasiya stansiyası Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin tərkib hissəsidir. Stansiya Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşir. RLS SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı gözlənilməz hadisələrə baxmayaraq, stansiyadan istifadəni davam etdirib.
RLS-in icarəsi haqıqnda onillik saziş 2002-ci ildə imzalanıb.