Yeni RLS tikiləcək

yeni-rls-tikilecek
Oxunma sayı: 647

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi Aleksey Zolotuxin açıqlama verib. Onun sözlərinə görə, yeni tikiləcək “Voronej” tipli stansiyalar Krasnoyarsk, Altay və Orenburq bölgələrində yerləşəcək.

Xatırladaq ki, Rusiya və Azərbaycan arasında Qəbələ RLS-in icarə müddətinin uzadılmasına dair uzun müddət danışıqlar aparılsa da, tərəflər icarə haqqının məbləği ilə bağlı razılığa gələ bilməyib. Nəticədə Rusiya Qəbələ RLS-dən imtina edib.