Yeni sayt təqdim olundu

yeni-sayt-teqdim-olundu
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, tədbiri giriş prezident yanında QHT - lərə Dövlət Dəstəyi Şurasının Maliyyə dəstəyi ilə həyata keçirilən layihənin koordinatoru Sadiq Həsənov açıb və www.green-car.az internet səhifəsini iştirakçılara təqdim edib.

Təqdimatda avtomobillərdən ətraf mühitə tullanan zərərli tullantılar, bu tullantıların insan orqanizminə verdiyi mənfi fəsadlar, ölkəmizdə bu tip tullantıların miqdarı və inkişaf xarakteri haqqında məlumatlar və görülən tədbirlər barədə geniş məlumat verilib.

Sonra layihənin tibb eksperti Həsrət Rüstəmov seminar iştirakçılarını avtomobillərin atmosferə olan tullantılarının, habelə onların yaratdığı səs-küy və vibrasiyanın insan səhhətinə göstərdiyi mənfi təsirlər və bu zaman əmələ gələn xəstəliklər, habelə onların fəsadları barədə tədbir iştirakçılarını məlumatlandırıb. Təqdimat mərasimində AVRO-2 standartlarına keçmək üçün görülən tədbirlər barədə də məlumat verilib.

Fatimə Kərimli