Yeni səfir Məmmədyarovun qəbulunda - Fotolar

yeni-sefir-memmedyarovun-qebulunda
Oxunma sayı: 1349

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Xeyrullah Spelenayı qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, nazir Xeyrullah Spelenayı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Əfqanıstan arasında mövcud ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilib və müxtəlif sahələrdə o cümlədən, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.

Səfir Xeyrullah Spelenay etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.