Yeni stadionun açılışı oldu

Yeni stadionun açılışı oldu
Oxunma sayı: 125

“Qafqazinfo”nun Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tikintisinə 2007-ci ildən başlanılan və inşası üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 0,36 hektar torpaq sahəsi ayrılan Binə İdman zalı, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”na əsasən inşa edilib. Baş plana əsasən inşa edilən Binə İdman Zalının 1-ci mərtəbəsində 18x15 ölçüdə güləş zalı, 2 ədəd soyunub geyinmə otağı, 2 ədəd duş kabinəsi, vestibül, texniki otaq, 2 ədəd sanitar qovşağı, ikinci mərtəbəsində isə dəhliz, məşqçi otağı, müdiriyyət otağı, işçi otağı və həkim otağı, 2 ədəd sanitar qovşağı var. Baş plana əsasən inşa edilən digər tikililər:

1,8 metr hündürlükdə daş hasar 250p/metr
1.ədəd 100 m3 içməli su anbarı
1.ədəd 100 m3 yanğın su anbarı
100 kVa güçündə Komplekt transformator yarımstansiyası
Nasosxana binası
Qazanxana binası
Kanalizasiya təchizatı xətti 1000 metr
Artezian quyusu
Elektrik təchizatı xətti 72 metr
Qaz təchizatı xətti 980 metr
Asfalt yol örtüyü 720 m2

Səidə Teyyubqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi