Yeni təşkilat yaradıldı

yeni-teskilat-yaradildi
Oxunma sayı: 678

“Qafqazinfo”nun məlumatına görə, Birliyin əsas məqsədi gənc ailələrə psixoloji, hüquqi, tibbi və sosial dəstək göstərmək və onların maarifləndirilməsindən ibarətdir. Birliyin sədri jurnalist İradə Cəlilova seçilib.

Birliyin vəzifələri sırasına aşağıdakılar daxildir:

Gənc ailələrin sosial problemləri ilə bağlı araşdırmalar aparmaq;
Ailə quran gənclərin psixoloji xidmətlərə çıxışını təmin etmək;
Gənc qadınların ailə-daxili zorakılıqdan qorunmasına yardım göstərmək;
Məişət zorakılığının qurbanı olan gənc qadınlara xidmətlər göstərmək;
Gənc ailələrin məşğulluq problemlərinin həllinə dəstək göstərmək;
Gənc ailələr üçün təlim və seminarlar keçirmək;
Erkən nikahların qarşısının alınması üçün tədbirlər həyata keçirmək.

Birlik müxtəlif dövlət orqanları, beynəlxalq təşkilatlar, QHT-lər və KİV-lərlə sıx əməkdaşlıq edəcək. Birlik öz fəaliyyətini daha da genişləndirmək üçün artıq müxtəlif Koalisiya və Şəbəkələrə üzvlük üçün müraciət edib. Artıq Yolların Təhlükəsizliyinə Dəstək QHT Koalisiyası Birliyi üzvlüyə qəbul edib.

Yaxın zamanlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyi ilə görüşlərin keçirilməsi üçün müraciət ediləcək.

Birlik Fecebookda öz səhifəsini yaradıb və fəaliyyəti ilə bağlı mütəmadi olaraq səhifədə məlumatlar yerləşdiriləcək.