Yeni vəzifəsindən xəbəri yoxdur

Yeni vəzifəsindən xəbəri yoxdur
Oxunma sayı: 6384

Bu yaxınlarda Prezidentin sərəncamı ilə ləğv olunan Nəqliyyat nazirinin sabiq müavini Musa Pənahov Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunması barədə yayılan xəbərlərə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, M.Pənahov Ölkə.Az-a açıqlamasında sözügedən məlumatlardan xəbərsiz olduğunu deyib:

“Təyyarədən az öncə düşmüşəm, ölkədə yox idim. Ona görə də heç nədən xəbərim yoxdur. Vəzifəyə təyin olunmağımla bağlı heç bir rəsmi məlumat yoxdur. Bunun üçün ölkə başçısının Sərəncamı olmalıdır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi