Yeni yaradılan agentliyə direktor təyin olundu

Yeni yaradılan agentliyə direktor təyin olundu
Oxunma sayı: 7121

Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci il 28 dekabr  tarixli fərmanı ilə yaradılan İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə icraçı direktor təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, İqtisadiyyat nazirinin müvafiq əmri ilə bu vəzifəyə Orxan Məmmədov təyin olunub.

Orxan Məmmədov 1984 cü il iyul ayının 1 də Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2009-cu ildə Odlar Yurdu Universitetinin Biznes administrasiyası üzrə magistr dərəcəsini alıb. 2012-ci ildə Azərbaycan İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirib. Əmək fəaliyyətinə 2006-cı ildən Sənaye və Energetika nazirliyində başlayıb və 2007-ci ilin mart ayından  2018-ci ilin fevral ayınadək İqtisadiyyat  nazirliyində müxtəlif vəzifələrdə çalışıb və məsləhətçidən  şöbə müdiri vəzifəsinə yüksəlib.

Evlidir,üç övladı var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi