Yeni yaradılan Turizm Agentliyinə sədr - Təyinatı

yeni-yaradilan-turizm-agentliyine-sedr
Oxunma sayı: 8080

Azərbaycan Dövlət Turizm Agentliyinə sədr təyin edilib.
 
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən bu vəzifəyə Fuad Hümbət oğlu Nağıyev təyin edilib.

Qeyd edək ki, F. Nağıyev 2017-ci il fevralın 6-dan bugünədək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub.
 
Xatırladaq ki, aprelin 20-də Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.