Yeni yol istifadəyə verildi

yeni-yol-istifadeye-verildi
Oxunma sayı: 1559


“Qafqazinfo” xəbər verir ki, uzunluğu 1 kilometr, eni isə 6 metr olan yolun açılışı təntənəli mərasimlə qeyd olunub.

Mərasimdə çıxış edənlər son illər rayonda həyata keçirilən sosial layihələrdən, o cümlədən yol infrastrukturunun inkişafı istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, yerli əhəmiyyətli 135 min kvadratmetr yollara asfalt örtük çəkilib. Eyni zamanda 20 min nəfərədək sakinə xidmət edən Zərdab-Yuxarı Seyidlər və Zərdab-Mollakənd avtomobil yolları yenidən qurularaq asfaltlaşdırılıb.

Çıxışlarda istifadəyə verilən yeni yolun 1000 nəfərədək sakinin rahatlığını təmin edəcəyi vurğulanıb.

Məhəllənin sakinləri rayonda ardıcıl həyata keçirilən sosial-iqtisadi layihələrə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi qırmızı lent kəsilib, yeni, rahat yol sürücülərin istifadəsinə verilib.