Yeni Zelandiyada güclü zəlzələ olub

yeni-zelandiyada-guclu-zelzele-olub
Oxunma sayı: 825

Yeni Zelandiyanın kermadek adalarında 7,4 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti məlumat yayıb. Zəlzələnin episentri Fanqerei şəhərindən 908 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilsə də, daha sonra bu xəbərdarlıq ləğv olunub.