Yeni Zelandiyada məscidlər yenidən açıldı

yeni-zelandiyada-mescidler-yeniden-acildi
Oxunma sayı: 771

Yeni Zellandiyada terror hadisəsi baş vermiş məscidlər araşdırmalardan sonra istifadəyə verilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, terror nəticəsində 50 nəfərin həyatını itirdiyi Əl-nur və Linvud məscidləri bir həftə qapalı qaldıqdan sonra müsəlman icmaya təhvil verilib. Hər iki məscid tam təmir olunub.

Hazırda sadəcə 15 nəfərlik qruplar halında ziyarətə icazə verilsə də, yaxın zamanda məscidlərin ibadət üçün tam açılması planlaşdırılır.