Yenicə boşanan Demet Akalın Amerikaya gedir

Yenicə boşanan Demet Akalın Amerikaya gedir
Oxunma sayı: 1731

11 sentyabrda biznesmen Okan Kurtdan boşanan türkiyəli müğənni Demet Akalın klip çəkmək üçün ABŞ-a gedir.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, klipi isə digər məşhur sima Aleyna Tilki çəkəcək.

D. Akalın çəkilişlərdən sonra bir müddət Amerikada qalaraq stresdən uzaqlaşmaq istəyir.

Qeyd edək ki, Okan Kurtun “Martaş Lojistik” adlı şirkətinin borcları 150 milyon lirəyə (təxminən 41,5 milyon manat) çatmış, yaşadıqları villadakı əşyalar ötən həftə müsadirə olunmuşdu.

D.Akalın bu hadisələrdən sonra 6,5 ildir evliliyini bitirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi