Yenidən Bred Pittə qayıtdı

yeniden-bred-pitte-qayitdi
Oxunma sayı: 2429

Bir müddət əvvəl Hollivud ulduzu Castin Teruddan boşanacağını açıqlayan aktrisa  Cennifer Eniston haqqında yeni bir iddia ortaya atılıb. 

“Qafqazinfo” xəbər verir ki, ingilis mətbuatı ayrılma xəbərlərindən sonra aktrisanın keçmiş aktyor əri Bred Pittlə yenidən görüşdüyünü iddia edib. 

Bildirilir ki, 49 yaşlı Cennifer  Ancelina Colidən boşanan aktyorla yenidən münasibət qurmaq niyyətinə düşüb. 

Onlar davamlı olaraq mesajlaşır və bir neçə dəfə ad günü şənliklərinə qatılıblar. 

Qeyd edək ki, ötən ilin mart ayında cütlüyün yaxınlaşması və Castin Terunun bundan nrahat olması barədə xəbərlər yayılmışdı.