Yeniyetmə binadan yıxılıb öldü

yeniyetme-binadan-yixilib-oldu
Oxunma sayı: 2415

Bakıda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi ev 7, mənzil 33-də yaşayan, 2002-ci il təvəllüdlü Əhmədov Kamran Eldar oğlu yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin balkonundan yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.