Yeniyetmə oğurluğa görə tutuldu

yeniyetme-ogurluga-gore-tutuldu
Oxunma sayı: 754

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında 20 Yanvar küçəsində yerləşən mağazadan oğurluq edilməsinin qarşısı alınıb. 

“Qafqazinfo” xəbər verir ki, xüsusi texniki vasitələrlə qorunan obyektdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalı yoxlanılan zaman oranın qapısının sındırıldığı müəyyən edilib. Əlində kəsici alət olan bir nəfər mağazadan oğurluq etmək istəyən zaman saxlanılıb. Həmin şəxsin yetkinlik yaşına çatmayan S.P olduğu müəyyən edilib.

Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda müxtəlif vaxtlarda 1 avtomobildən, dərzi sexi, gözəllik salonu və daha bir mağazadan pul, həmçinin mobil telefonlar oğurladığı müəyyən edilib. Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.