Yeniyetmələr arasında liqa yarışlarına start verildi

yeniyetmeler-arasinda-liqa-yarislarina-start-verildi
Oxunma sayı: 702

Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən yeniyetmələr üzrə liqa yarışlarına start verilib. 

“Qafqazinfo” xəbər verir ki, liqa yarışları 16-18 noyabr tarixlərində seçmə mərhələ ilə başlayıb. Yarışlar yeniyetmələr arasında ilk dəfə təşkil edilir. 

Seçmə mərhələdən sonra liqa yarışları 6 yüksək və 8 standart komanda olmaqla Bakı və Sumqayıt şəhərlərini təmsil edən 2006-cı il və daha kiçik təvəllüdlü idmançılardan ibarət 14 oğlan və 14 qız komandası arasında keçiriləcək. 

Liqa yarışları gələcəkdə respublikanın bütün regionlarını əhatə edəcək.