Yerə yaxınlaşmasına 21 saat qalmış kəşf edildi

yere-yaxinlasmasina-21-saat-qalmis-kesf-edildi
Oxunma sayı: 2091

Yer kürəsi daha bir böyük təhlükədən sovuşub.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, böyüklüyü 48 — 110 metr aralığında olan “2018 GE3” adlı göy cismi Yer kürəsinin 192 min kilometr yaxınlığından keçib. Bu məsafə Yer kürəsi ilə Ay arasında məsafədən iki dəfə daha azdır.

“2018 GE3” adlı asteroidin 2013-cü ilin fevral ayında Rusiyanın Çelyabinsk şəhərinə düşən meteoritdən bir neçə dəfə böyük olduğu və 1908-ci ildə Yer kürəsinə düşən Tunqus meteoriti ilə müqayisə edilə biləcəyi qeyd edilir.

Qeyd edək ki, mütəxəssislər göy cisminin Yerə yaxınlaşmağa 21 saat qalmış kəşf ediblər.