Yerevan işıqsız qaldı - Yarımstansiyada qəza

yerevan-isiqsiz-qaldi
Oxunma sayı: 2539

Ermənistanın paytaxtı Yerevanın mərkəzi küçələri işıqsız qalıb.

"Qafqazinfo" "Sputnik"ə istinadən xəbər verir ki, buna səbəb paytaxtı işıqla təmin edən yarımstansiyada qəza baş verməsidir. Əmiryan küçəsi daxil olmaqla, bir neçə küçəyə elektrik enerjisinin verilişi dayandırılıb.

Elektrik enerjisinin bərpası axşam saatlarında olunacaq.