Yerevanda aksiya keçirilir

yerevanda-aksiya-kecirilir
Oxunma sayı: 710

Yerevanda “Spayka” şirkətinin direktoru David Kazaryanın həbs olunmağı şirkətin işçilərinin etirazına səbəb olub.
 
“Qafqazinfo” “news.am” saytına istinadən xəbər verir ki, aksiyaçılar məkhəmə binasının qarşısına toplaşaraq prospektdə yolu bağlayıblar. 

Polis onlara güc tətbiq edib. Aksiya hazırda davam edir.

Qeyd edək ki, D. Kazaryan vergi ödəməkdən yayınmada ittiham olunur.