Yerevanda etiraz dalğası - Əsas yolları bağladılar+ Yenilənib

yerevanda-etiraz-dalgasi
Oxunma sayı: 3703

Yerevanda bu gün səhər saatlarından etibarən bütün əsas yollar etirazçılar tərəfindən bağlanıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, mitinq iştirakçıları “Zvartnots” aeroportuna gedən yolu, Yerevanın mərkəzini tutublar. İnsanlar çemodanlarla hava limanına doğru irəliləməyə başlayıblar. 

Qeyd edək ki, müxalif lider Nikol Paşinyanın tərəfdarları onun baş nazir seçilməməsinə etriaz edirlər. Paşinyan ötən gün Parlamentdə keçirilən səsvermədə Respublikaçılar Partiyasının əksər deputatlarının onun əleyhinə səs verməsindən sonra baş nazir ola bilməyib. Bundan sonra isə, Paşinyan tərəfdarlarını etiraz aksiyasına çağırıb. 

***

Aksiya iştirakçıları səhər saatlarından İrəvan metrosuna girişi bağlayaraq qatarların hərəkətinə mane olublar. “Zvartnots” aeroportunun işçiləri də kütləvi aksiyalara qoşulublar. “Sputnik Armeniya” mitinqə gecə növbəsi dəyişən hava limanı işçilərinin qoşulduğunu, aeroportun normal fəaliyyətə davam etdiyini yazıb. 

***

Etirazçılar bir sıra nazirliklərə girişi bağlayıblar. Paytaxt sakinləri nazirliklərin qarşısında oturaq aksiya keçirirlər. 

Nuranə