Yerevanda mitinqdə 36 yaşlı kişi ölüb

yerevanda-mitinqde-36-yasli-kisi-olub
Oxunma sayı: 1358

Ermənistanda müxalifətin mitinqi zamanı 36 yaşlı kişi ölüb.

“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Həmin şəxsin ürəktutması nəticəsində öldüyü bildirilir.

Qeyd edək ki, bir neçə gündür Ermənistanda baş verən etirazlar fonunda bu gün Serj Sarkisyan baş nazir postundan istefa verməyə məcbur olub.