Yerevanda tələbələr etiraz etdilər, rektor xəstəxanalıq oldu

yerevanda-telebeler-etiraz-etdiler-rektor-xestexanaliq-oldu
Oxunma sayı: 1343

Ötən gün tələbələrin istefa  tələbindən sonra Yerevan Dövlət Universitetinin rektoru gecə saatlarında xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, tələbələr təhsilin aşağı səviyyədə olması, akademik azadlığın olmaması, idarəetmədəki qeyri-şəffaflıqdan şikayətçi olublar. 

Tələbələr 10 dəqiqəyə yaxın rektoru universitetin zalında blokadada saxladıqdan sonra onunla görüşə nail olublar. Lakin görüş nəticəsiz qalıb. Rektor Aram Simonyan etirazçıların konstruktiv dialoqa hazır olmadıqlarını bəyan edib. 

Eyni zamanda, Simonyan tələbələri güc tətbiq etməkdə ittiham edib və güzəştə getməyəcəyini vurğulayıb.