Yerevanda yeni kütləvi aksiya keçiriləcək

yerevanda-yeni-kutlevi-aksiya-kecirilecek
Oxunma sayı: 1053

Ermənistanın paytaxtı Yerevanda növbəti kütləvi etiraz aksiyası keçiriləcək.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə parlamentdəki “Çıxış” (Yelk) fraksiyasının sədri Nikol Paşinyan məlumat verib.

Onun sözlərinə görə aksiya fevralın 5-nə planlaşdırılıb.

Qeyd edək ki, yanvarın 19-da Yerevanda, “Moskva” kinoteatrının qarşısında “Bahalığa və vergilərin artırılmasına yox!” şüarı altında etiraz aksiyası keçirilib. Bu aksiyanı da “Çıxış” müxalifət bloku təşkil edib.

Onu da xatırladaq ki, Ermənistanda bir sıra vergilərin 26 faizdən 28 faizədək artırılacağı gözlənilir.