Yerevandakı aksiyaya merin tərəfdarları da qoşuldu - Video

yerevandaki-aksiyaya-merin-terefdarlari-da-qosuldu
Oxunma sayı: 2170

Yerevanda meriya binası qarşısında Taron Markaryanın əleyhdarları ilə yanaşı, tərəfdarları da aksiyaya qoşulublar.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflərdən biri “Taron bizim merimizdir”, digəri isə “Taron get” şüarını səsləndirir. 

Qeyd edək ki, aksiya iştirakçıları Markaryanın hüquqi pozuntulara yol verdiyini və korrupsiyaya qoşulduğunu əsas gətirərək onun istefasını tələb edirlər.